Obama Vaşinqtonda kirayə qaldığı evi 8 milyon dollara alıb
01.06.2017 867 0.0 0

BŞ-ın sabiq dövlət başçısı Barak Obama və həyat yoldaşı Mişel prezidentlik müddəti bitdikdən sonra Vaşinqtonun dəbdəbəli rayonunda kirayə qaldıqları evi 8,1 milyon dollara alıblar.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Sabiq prezident və xanım Obamanın ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha ağlabatandır", — deyə Obamanın nümayəndəsi Kevin Lyuis telekanala bildirib.

Məlumata görə, evdə 9 yataq otağı və 8 vanna otağı var./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar