Obama və Trampın ilk görüşməsi barədə bədən dili mütəxəssisinin analizi - FOTO
14.11.2016 2529 0.0 0
ABŞ-da bir neçə gün öncə keçirilən prezident seçkilərində Donald Tramp qalib gəldi. Bu, demək olar ki, bütün dünyada, xüsusən Amerika xalqında şok effekti yaratdı. Seçkilərin nəticələri elan olunandan bu günə qədər hələ də ölkənin bir çox ştatlarında etiraz aksiyaları davam edir. Obama isə  bu vəziyyətlə əlaqədar illərdir ki, hakimiyyətində olduğu ölkənin xalqı ilə yeni prezident arasını düzəltməyə çalışır. Fəqət Tramp ilə Obamanın ilk görüşlərindən sonra vücud dili eksperti Patti Vudun etdiyi analizlərə görə, bu iki şəxsin media qarşısında söylədikləri ilə şüuraltı düşüncələri fərqlidir. Daily Mail-ə istinadən həmin analizləri nəzərinizə çatdırırıq.
 
Barak Obama və Donald Tramp cümə axşamı günü dostyana iş aparacaqlarına bəyan etdilər. Hər iki bu vəziyyətdən çox məmnun olduqlarını söylədi. Amma hətta peşəkar baxışı olmadan 90 dəqiqəlik görüşdə hər ikisinin arasında gərginlik olduğu  aydın görünürdü. 
 
 
 
 
 
«Tramp çəkingən, ciddi və bəlkə qayğılı ikən, Obama çox yorğun, məğlubiyyəti qəbul etmiş və ümidsiz vəziyyətdə idi».
 
 
 
 
 
Tramp Obamanı «çox yaxşı bir insan» kimi dəyərləndirdiyini dedi.
 
 
 
 
 
Vudun sözlərinə görə, «əgər oturma pozisiyasına baxsanız, ikisi də  «alfa» mövqeyində, adətən «Mən bir kişiyəm», - deyərək oturublar». «Obamanın ayaqlarının  vəziyyəti onun şüuraltı «mən hələ səndən üstünəm», - düşüncəsindən  irəli gəlir və gücü təmsil edir».
 
 
 
 
 
Vudun diqqətini çəkən əsas məsələ isə Trampın əllərinin qoyuluşu idi: «Tramp əllərini aşağı doğru dua pozisiyasında tutur». Vud hesab etdiyini bildirdi ki, bu seçilən prezidentə uyğun davranış deyil: «Fikrimcə Tramp daha əvvəl bilmədiyi bir şeyi öyrəndi. Bu gərgin bir əl duruşudur və özünü rahatlatmağa ehtiyacı olduğunu göstərir».
 
 
 
 
 
Vud, Obamanın  jestlərinə də diqqət  çəkir. Bundan başqa  Obamanın qollarını  ayaqlarının üzərinə qoymasının cari prezidentə məxsus bir hərəkət olmadığını deyən ekspert, bu vəziyyətin onun  yorğun olduğunun göstəricisi adlandırıb. 
 
 
 
 
 
«Söhbətin bir qismində «bir yerdə işləməyə özünün təşviq etdiyini» söylədi, ancaq  bunu deyərkən gözlərini  bağladı və göz rabitəsini dayandırdı. Ki, bu da əsdində onun belə hiss etmədiyinin göstəricisidir.
 
 
 
 
Maraqlıdır ki, bir araya gəldikləri ilk an və ayrıldıqları an görüntülənmədi.
 
Bundan başqa Trampın xanımı Melania Ağ Evə arxa qapıdan giri. Media işçilərinə bu ailələrin  bir araya gəldiyi ilk anı və çıxdıqları annı görüntüləmələrinə izin verilmədi.
 
Halbuki 2008-ci ildə Obama  ailəsinin Ağ Evə girdikləri  ilk günün  fotoları çəkilmişdi.
 
 
 
 
 
Bununla belə Tramp «möhtəşəm bir gündür. Prezident Obama ilə ilk dəfə idi ki, tanış oldum. Həqiqətən gözəl bir görüş oldu. Melani də xanım Obamanı çox bəyəndi», - deyib.
 
 
 
 
 
Ekspertin gəldiyi son nəticə belə oldu: Onların ikisinin də bir-birləri ilə necə davranmalı olduqlarını bilmədikləri hər hallarından bəlli idi.../Faktxeber.com/
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar