Obama: «Terrorçu qruplar dayandırılmalıdır»
27.07.2015 518 0.0 0

ABŞ prezidenti Barak Obama Somalinin paytaxtında törədilən partlayışlar barədə danışıb. 

Məlumata görə, ölkə lideri bu cür partlayışların "Al Şabab" kimi terrorçu qrupların dayandırılmalı olduğunu göstərdiyini qeyd edib.

Obama Efiopiyanın paytaxtında baş nazir Hailemariam Desalegnlə keçirdiyi birgə mətbuat konfransında "Əl Qaidə" ilə əlbir olan bu terrorçu qrupu regionda “Ölüm və dağıntı şəbəkəsi” adlandırıb.

 

ABŞ Prezidenti bildirib ki, ABŞ və digər ölkələr bu cür qruplara qarşı mübarizəni davam etdirməlidirlər. Obama həmçinin ölkə rəhbərliyini azad və siyasi aşkarlığa qarşı təzyiqləri dayandırmağa çağırıb.

Efiopiya terrorçuluğa qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır və Somalidəki böhranı yoluna qoymaq üçün bu ölkəyə əsgər göndərib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar