Obama Səudiyyədən təzminat tələb etməyə imkan verən qanuna veto qoydu
24.09.2016 807 0.0 0

ABŞ prezidenti Barak Obama 11 sentyabr hadisələrində zərərçəkmiş şəxslərin ailə üzvlərinin Səudiyyə Ərəbistanına qarşı təzminat tələbi irəli sürməsinə imkan verən qanun layihəsinə veto qoyub. APA TV-nin məlumatına görə, prezidentliyə namizəd Hillari Klinton isə bildirib ki, prezident olsa, bu qanuna imza atardı.

 

Veto qoyulan qanuna əsasən, terror qurbanlarının yaxınları 11 sentyabr hadisələrini törətmiş terror təşkilatlarını dəstəkləyən ölkələrə qarşı təzminat davası açmağa icazə verilir.

 

Obama administrasiyası isə hesab edir ki, bu qanun ölkənin milli təhlükəsizliyinə təhdid yaradır. Ağ Evin bəyanatında bildirilir ki, qanun qüvvəyə minərsə, bu, ABŞ-ın antiterror mübarizəsində müttəfiqləri ilə münasibətlərində problemlər yaradar. 

 

Demokrat senator Çak Şumer bəyan edib ki, təkrar səsvermədə prezidentin veto imkanı heçə endiriləcək. Bunun üçün qanun layihəsi Nümayəndələr Palatası və Senatda səsvermə zamanı ən azı üçdə iki səs toplamalıdır.

 

Qanunun qəbuluna prezidentliyə namizəd Hillari Klinton da dəstək verir. Əgər qanun qüvvəyə minərsə, bəzi ölkələrin ABŞ-dakı bank hesabları dondurula bilər.

 

Aprel ayında Ər-Riyad Obama administrasiyasına və Konqres üzvlərinə xəbərdarlıq edib ki, əgər qanun qəbul olunsa, krallığa məxsus olan 750 milyard dollar dəyərində ABŞ aktivləri satışa çıxarılacaq.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar