Obama nüvə silahı olan ölkələrə çağırış edib
20.09.2016 533 0.0 0

ABŞ prezidenti Barak Obama nüvə silahı olan ölkələri onu heç vaxt sınaqdan keçirməməyə və arsenallarını azaltmağa çağırıb.   

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, Obama bu çağırışı BMT Baş Assambleyasının 71-ci iclasında çıxışı zamanı edib.

 

“ABŞ kimi nüvə silahına malik olan dövlətlərin üzərinə onun (nüvə silahının) ehtiyatlarının azaldılması və heç vaxt istifadə edilməməsi kimi məsuliyyət düşür”, - deyə Obama qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar