Obama məzuniyyətinin 15 gününü onlarla keçirəcək (SİYAHI, FOTO)
16.08.2015 590 0.0 0

Hazırda məzuniyyətdə olan ABŞ prezidenti Barak Obama istirahətini mütaliəyə həsr edir. Məlumata görə, dövlət başçısının məzuniyyət planlarını açıqlayan Ağ Ev, Obamanın kitab oxumağa daha çox zaman ayıracağını bildirib.

Avqustun 7-dən ailəsi ilə istirahət edən prezidentin 16 günlük məzuniyyətini Martas Vaynyard rezidensiyasında keçirir.

 


Barak Obama kitab oxuyarkən


Obama 2 həftə ərzində 6 əsəri bitirmək niyyətindədir. Bular Ceyms Solterin "Mövcud olan hər şey" , Entoni Dorrun "Bizə görünməyən bütün işıq" , Elizabet Kolbertin "Altıncı ölüm" , Cumpa Laxirinin "Alçaqlıq" , Ta-Neksisi Koutsun "Dünya və mənim aramda" və Ron Çernounun "Vaşinqton: Həyat" . 

 


Obama məzuniyyətdə gəzməyə getdikdə belə kitabdab ayrılmır


Hər bir kitabın oxunmasına orta hesabla 2 gün yarım vaxtın getdiyini nəzərə alsaq, Obama 21 günlük məzuniyyətinin 15 gününü mütaliə etməklə keçirəcək. 

 


ABŞ prezidenti mütaliə etdiyi kitabı göstərir

 


Barak Obamanın məzuniyyətdə oxuduğu kitablar: 

All The Light We Cannot See – Anthony Doerr


All That Is – James Salter


The Sixth Extinction – Elizabeth Kolbert


The Lowland – Jhumpa Lahiri


Between The World And Me – Ta-Nehisi Coates

 


Washington A Life ­– Ron Chernow/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar