Obama: Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq
19.01.2017 1203 0.0 0

Fələstin dövləti yaranmasa Yaxın Şərqdə münaqişə həll olunmayacaq.
 
Məlumata görə, bu barədə Barak Obama ABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Donald Trampın administrasiyası Yaxın Şərq bölgəsində olduqca ehtiyatlı davranmalı, düşünülməmiş addımlardan uzaq olmalıdır.
 
“Münaqişənin həlli, israillilər və fələstinlilər arasında sülhün bərqərar olması üçün əlimizdən gələni etmişik. Təbii ki, biz münaqişə tərəflərini sülhə məcbur edə bilmərik. Biz yalnız sülh prosesinin əsaslarını qoya, ona dəstək ola bilərik”, deyə B.Obama bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar