Obama: «Bu oğlanların yanında mən zəifəm» (VİDEO)
27.12.2015 664 0.0 0

ABŞ prezidenti Barak Obama özünü cılız və zəyif hiss etdiyini açıqlayıb.

əlumatına görə, bu haqda Barak Obama dəniz piyadaları ilə görüşdən sonra danışıb. Ağ Ev rəhbərinin sözlərinə görə o dənizçilərlə birgə trenajor zalında məşqul olarkən özünü çox kiçik hiss edir.

“Əslində mənə elə gəlir ki mən Ali baş komandan kimi yaxşı fiziki formadayam. Problem mənin dəniz piyadaları ilə birgə idman zalına getdiyim zaman üzə çıxır. Əgər hər hansısa oğlanın 100 funt (45 kq – red.) çəkisində ağırlıq qaldırmasını görürəmsə özümü kiçik hiss edirəm” – deyə Obama bildirib.

Prezident Havay ştatında Kaneohi buxtasında yerləşən amerikalı dəniz piyadalarının bazasını Milad tətillərində ziyarət edib. Barak Obama ənənəvi olaraq bayram tətillərini Havay adalarında keçirir.

 

Barak Obama dəniz piyadalarının qarşısında çıxış edir

 

2014-cü ilin iyununda Polşanın paytaxtı Varşavada məşhur otellərdən birində idmanla məşqul olan Barak Obamanın gizli olaraq kameraya çəkmişdilər. Sonradan bu video internetdə yayılmışdı və istifadəçilər ABŞ prezidentinin fiziki hazırlığından məyyus olduqlarını ifadə etmişdilər. 

 


Barak Obama idman zalında məşq edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar