Obama `Cəbhə ən Nüsrə` liderlərinin məhv edilməsinə dair göstəriş verib
11.11.2016 754 0.0 0

ABŞ prezidenti Barak Obama Suriyada “Cəbhə ən Nüsrə” qruplaşmasının liderlərinin aşkarlanaraq məhv edilməsinə dair Pentaqona əmr verib. “The Washington Post”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın hazırkı prezident administrasiyası əvvəllər  “Cəbhə ən Nüsrə” məsələsinə  əhəmiyyət verməyib.
 
Qeyd edək ki, Obama Suriyada pilotsuz uçan aparatların sayını kəskin artırılmasına dair qərar qəbul edib. Nəşr qeyd edir ki, Ağ Ev Avropanın cənub sərhədlərinə yaxın olan Suriyanın bir hissəsinin “Əl Qaidə”nin yeni dayaq bazasına çevrilməsindən ehtiyatlanır.  
 
Xatırladaq ki, Rusiya bundan əvvəl dəfələrlə ABŞ-ı “Cəbhə ən Nüsrə” qruplaşmasının mövqelərinə zərbələr endirməyə çağırıb. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar