Tarix: 03.12.2016,   Saat: 06:23, Şənbə.          

O meydanda hər kəs öz istəyinə etiraz edirdi- Azadlığa, İşə və dolanışığa

 

Yaşadığın mürəkkəb zamanda dünyada baş verən bütün siyasi gedişlərin və hadisələrin nizamlanması bunlara paralel hərəktdə olan iqtisadi sistemlə idarə olunmaqdadır.
Artıq illərdir ki, Azərbaycan əhalisi ölkədəki potensialı nəzərə alaraq iri istehsal müəssisələrinin açılmamamasına, sahibkarlar isə bir çox hallarda əkib-becərilən məhsulların əldə zay olduğunu bildirirlər.Bəs görəsən səbəb nədir?
Əvvəlcə gəlin, hazırda ölkəmizdəki yerli şirkətlərin nə istehsal etdiyinə birgə nəzər salaq. Təbii ki, Buğda əkini və çörək zavodarını çıxmaq şərti ilə.Konfet, un məmulatlarından hazırlanan şirniyyatlar, tikinti materialları (sement, sənaye boyaları və.s bu kimi mallar) , kampot, mevyə şirələri, turşu xiyar və.s
Ən əsası da odur ki, nefti çıxmaq şərti ilə  istehsal etdiyimiz əmtəələrin heç biri ölkə sərhədlərindən bir addım da olsa kənara çıxa bilmir.Az miqdarda kampot və turşu xiyarı çıxmaq şərti ilə.
Bəzilərimizdən  bu sevinci yaşayanımız olub bəlkə, xarici ölkələrdə Azərbaycan çayı, kampotu, xiyarı görəndə sevincdən az qala gözlərimiz yaşara "Azərbaycan malı" deyə. Niyə başqa ölkələrin bazarlarında bizim mallar bu qədər qeyri adi qarşılanır? Yaxud da, ölkədə kampot və turşu xiyar işindən başa ciddi bir istehsal sahəsi ilə məşqul olacaq sahibkar həqiqətən də yoxdur?
Elə götürək ölkə başçısının son günlərdə,  bölgələrdə diqqət çəkdiyi pambıq sahələrinə.Hansı ki, bu bitki vaxtı ilə ölkə  iqtisadiyyatının neftdən sonra ikinci əsas gəlir mənbəyi idi. Bəs necə olur ki, Azərbaycan sahibkarları belə ciddi və samballı sahəni qoyub kampot işi ilə məşqul olurlar.Hansı ki, o malların çoxu marketlərin vitrinlərində aylarla qalıb xarab olur.
Hazırrda rayonlardaki Pambıq zavodlarının tam işlək vəziyyətdə olduğunu yaxşı bilirik.Hələ, 90-cı illərdə 1-ci özəlləşmə dönəmində, bu zavodlar özəlləşmiş və yeni avadanlıqla təchiz edilib.Lakin, fəalliyyətləri az miqdarda pambıq istehsalı ilə məşqul olub baş qatmaqdan başqa bir iş deyildir. 
Razılaşarsız ki, yaşadığımız dövürdə əlində pulu olan gözü boş yer axtarır ki, orda ya bir market tiksin , ya da restoran.Hətta hazırda hər addım başı qarşılaşdığımız o iri market və restoranların sahiblərinin arasında zavod və ya fabrik qurub işlətmək iqtidarında olanlar da az deyil.Bəs belə olan halda Salyan, Biləsuvar və Sabirabad kimi rayonlarda olan Pambıq zavodları niyə işləməsin? Niyə sahibkarlar və iri torpağı olan kəndlilər öz doğma məşquliyyətindən yan dursun? Pul qazanmaq istəmirlər, yoxsa ağılsızlıq edib bu zavodları alıblar?
Elə hər şey də bu səbəbsiz və açıqlaması çətin olan sual ilə əlaqədardır.
Dünya əhalisini bir "əli" ilə  öz ölkəsində aclıqa məhkum edən, Dövlət isə öz vətəndaşlarına yol açmağa cəhd edədə o biri "əli" ilədə insanlara sizi aclıqa məhkum edən hökumətdir deyib etiraz bildirmək üçün təzyiq vasitələrinə əl atan qüvvələr. səbəb isə dünyaya rahatca hökm edə bilmək üçün onların qurduqları sistemdən kənara çıxmağa cəhd olunmasıdır. 
Bəziləri elə bilir ki, əkdiyi pambığ hansısa bir zavod almırsa bunun günahkarı ya zavod rəhbəridir ya dövlət.Amma bilmir ki, dünyada bəlli bir sistem var.Hansı ki, o sistem yazılmamış qanunlar və görünməz əllr ilə idarə olunur.Hər məhsulun öz bazarı, bu bazarda da hərənin öz faizi var.Bəzi ölkələrinin heç o bazarlarda yeri belə yoxdur.Bir də ki, bu sistemi quranlar heç də bizim camatın gedib öz tarlalarında işləyib hala zəhməti ilə pul qazanıb rahat dolanmasından yana deyil.Çünki belə olarsa öz əlaltılarının vasitəsilə insanları qızışdırıb "bizə iş, çörək ver" deyə dövlətin əleyhinə qaldırmaq mümkün olmaz.
Hətta bu yaxınlarda Milli Məclisdə Azərbaycandakı şirkətlərdən birinin Çindən tomat gətrdiyinə etiraz olunması  sevindiricidir.Bu o deməkdir ki, ən azından pomidor əkib becərənlərin bəxti gətirdi.Yəqin qismən də olsa idxalın qarşısı alınacaq və kəndlilər normal şərtlər altında zavodlara öz məhsullarını sata biləcək. Bəlkə düşünəcəksiz ki, bu pomidor nədir ki, bunun da hesabı çəkilə? Bəli 15-20 il öncə qismən belə idi.Amma son dövürlərdə çeşid-çeşid tamat pastaları və ketçuplar vitirinlərə çıxanda sonra pamidor da olub "manapoliya məhsulu".Əgər biri bizə bunu almalısan deyirsə demək ki, biz buna bir azda məcburuq. Həm də ki, sistem belə qurulmuş, dünya belə idarə olunur. Bu sistemə İran, Şimali Koreya, qsmən də Çin etiraz edə bilib. Lakin bizdən çox-çox iri dövlətlər bu sistemin bir parçası olub. Etiraz edənin də ölkəsi çox sıxıntı və problemlər ilə qarşılanır.Hələ bizim bu vəziyyətimizə şükür.

Lakin artıq bir sıra dövlətlər bu problemə dur deməyi bacarıb.Əvvəl "Avrasiya İttifaqı" adlı qurumun meydana gəlməsindən dolayı bu ittifaqın əsas təşkilatçısı olan Rusiya bir sıra beynəlxalq təzyiqlərə və sanksiyalara məruz qalaraq başı öz probleminə qarışsa da.Lakin görünən odur ki, təkcə  bu sistemə etiraz edən "Avrasiya İttifaqı"  deyil.Atrıq Türkiyədə bir neçə ildir ki, bu sistemə etiraz nümayiş etdirir.Vəziyyətdən çıxış yolları axtdardığı və başına gələn müxtəlif təxribat tipli olaylar isə göz qarşısındadır.
Bəs biz bir dövlət olaraq bu problemə necə təpgi veririk.Bəziləri Azərbaycan prezidenti İlham Əliyevin bölgələrə səfəri zamanı əkilmiş pambıq sahələrinə nəzərdən keçirməsi, zəhmətkeşlər ilə görüşməsi və "bizə xarici valyuta gətirəcək ixrac məhsulları lazımdır" deməsinə sadə bir çıxış və istək kimi baxsalar da. Əslində bu həmdə insanları işsizliyə və səfalətə məhkum edən bəzi qüvvələrə etiraz idi.Radikal müxalifət nümayəndələrinin Prezidentin məktəli və müəllimlərin, əkin sahələrində isə 15-20 nəfər zəhmətkeşin qarşısında çıxışına ucuz və yersiz yanaşması əlbəttə ki, normal qarşılana bilməz.Unutmamaq lazımır ki, bu nitqi söyələyən bir ölkənin prezidentidir.Və ölkəmizdə olan bütün diplomatik nümayəndəliklər prezidentin dilindən düşən bütün kəlimələri nöqtə-verigülünə qədər dinləyir və özləri üçün şərh edirlər.Hesab etmək olar ki, bu təkcə Azərbaycanın ağıllı və düşüncəli insanlarınada bir mesaj deyil, bu həmdə dünyaya bir mesajır.
Bəs Prezident nə deyir? 
Pambıqçı zəhmətkeşlərin qarşısında "bizə valyuta gətirəc ixrac məhsulları lazımdır"  deməklə zəhmətkeşləri pambıqçılığın inkişafına səsləməklə yanaşı bəzi qüvvələrə dünya bazarlarında Azərbaycan mallarına yer verilməsini istəyir.Məktəbli və müəllimlərin qarşısında çıxışı zamanı isə  “Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır." deyə açıqlama verir.Niyə prezident belə bir açıqlama etsin ki? Milli maraqlarımıza xəyanət olunur?

Lakin bir fərd olaraq dünya üzərində qurulan və insanların əziyyətlərə məhkum olduğu bu iqtsadi sistemdən bir qənaətə gələ bilərik. Kimlərinsə əzmək və hökm etmək istəməsidir.Ərəb coğrafiyasında baş verən hadisələrə, bəzi MDB dövlətlərindəki radikal dindarların baş qaldırması və ölkəmizdəki bəzi radikal müxalifətin hərəkətlərini analiz edərkən artıq kimlərinsə bizim ölkəmizi də hədəf halına gətirməsinə çalışdığını görmək olur.Sən demə bəzi güclər dünya bazarlarında belə limit tətbiq etməklə təkcə insanları işsiz saxlamaqla həm dünyaya rahat nəzarət edə bilir, istədiyi vaxt onun ərazisindən və dövlətindən qonşu dövlətlərə qarşı istifadə etməyə cəhd göstərir. Buna etiraz edən olanda isə işsiz və ac qoyduğu insanları "iş" "çörək" adı ilə həmin dövlət rəhbərlərinə qarşı aksiyalara çıxması üçün milyonlar xərcləyir.

Lakin görünən o ki, dünya dövlətləri hərəkətə keçib.Ciddi mövqe sərgiləriyir.Bir tərəfdə MDB Dövlət Başçılarının toplatısı, bir tərəfdə Rusiyanın təşəbbüsü ilə "Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı" , bir tərəfdən Türkdilli dövlətlərin öz aralarında siyasi və iqtisadi münasibətlərin gücləndirməsi cəhdləri və bu sistemə etiraz edən İran, Çin, Şimali Koreyanı da nəzərə alsaq demək ki, dünya bir dəyişiklik astanasındadır.Bu belə də olmalı idi. Azad iqtisadi şərtlər arzulayan dövlətlər gec və ya tez bəzi qüvvəlirin ayrı-ayrı dövlətlərin boğazına keçirilən kəndirdən  qurtarmağa bir yol aramalı idilər.Bu gün də o gündür biz və bizim kimi dövlətləri səfalət içində ora bura sürümək istəyən sistemə etiraz var. Bu etiraz insalara iş, ailələrə dolanışıq vəd edirir. Amma "azadlıq" , "iş" və "dolanışıq" adı ilə meydandakı etiraz əslində firavan həyata, normal gələcəyə, güclü və azad iqtisadiyyatı olan Azərbaycana etiraz etməkdir.

 

Heydər Çobanzadə



  Bölmə: Manşet | Baxış sayı: 825 | Tarix: 18.09.2016, 22:08


Xəbərlər