Nüvə proqramına dair razılaşma 3-mərhələli proses ola bilər
05.07.2015 593 0.0 0

İranla 6-lıq ölkələri arasında Tehranın nüvə proqramına dair razılaşma 3-mərhələli proses ola bilər. Məlumata görə, İran xarici işlər nazirinin müavini Abbas Araqçı proqrama dair Vyanada keçirilən görüşlərə münasibətində belə bir açıqlama verib. Araqçı qeyd edib ki, razılaşma bütün nümayəndələr tərəfindən imzalanmaya bilər. Lakin, onun sözlərinə görə, burada ən vacib məsələ Təhlükəsizlik Şurasının bu barədə qətnamə qəbul etməsidir.

 

“İlkin mərhələdə tərəflər razılığa gəldiklərinə dair bəyanat səsləndirdikdən sonra Təhlükəsizlik Şurası bu barədə qətnamə qəbul etməlidir. Daha sonra danışqlarda iştirak edən ölkələrdə də bu barədə qanun qəbul olunmasını gözləyəcəyik. Bu proseslər tamamlandıqdan və tərəflər hazır olduqlarını ifadə etdikdən sonra razılaşma baş tutmuş olacaq. Bundan sonra isə, qarşı tərəf İrana qarşı tədbiq olunan sanksiyaları aradan qaldırmalı və İran da öz növbəsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”. 

 


 

Araqçı onu əlavə edib ki, bu, razılaşma, əslində, hələ müqavilə deyil, sadəcə, birgə atılacaq addımların planıdır.
Qərbin razılaşma qarşılığında İrandan əsas tələbi Tehranın nüvə proqramının həcmini 70 faiz məhdudlaşdırmaqdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar