Nursultan Nazarbayev gələn ay Azərbaycana səfər edəcək
07.03.2017 620 0.0 0

Gələn ay Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.
 
Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.
 
Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi ilə bağlı sualı cavablandıran E. Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Qazaxıstanla münasibətlərimizi ən yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edib, Qazaxıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə təbrik edirəm"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar