Nurməhəmmədov UFC turnirində iştirak edə bilməyəcək
02.05.2019 505 0.0 0

Rusiyalı Səid Nurməhəmmədovun UFC turnirində braziliyalı Raoni Barselosaya qarşı döyüş təxirə salınıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, S.Nurməhəmmədov aldığı zədəsinə görə həmin döyüşdə iştirak edə bilməyəcək.

Məlumata əsasən, döyüş mayın 11-də Rio-de-Janeyroda baş tutmalı idi, lakın rusiyalı idmançının aldığı zədəsinə görə döyüş təxirə salınıb.

Qeyd edək ki, S.Nurməhəmmədov ən yüngül çəki kateqoriyasında (61,2 kq-a qədər) çıxış edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar