Novruz çərşənbələrinin vaxtı açıqlanıb
12.01.2022 381 0.0 0

Azərbaycanda Novruz çərşənbələrinin vaxtı məlum olub.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək.

Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar