Növbəti Kann Film Festivalının münsiflər heyətinin rəhbəri məlum olub
04.01.2018 823 0.0 0

Avstraliyalı aktrisa Keyt Blanşett bu ilin may ayında keçiriləcək 71-ci Kann Film Festivalının münsiflər heyətinə rəhbərlik edəcək.

 

 

 

AFP-yə istinadən xəbər verilir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb.

Qeyd edək ki, Keyt Blanşett iki dəfə "Oskar", üç dəfə isə "Qızıl qlobus" mükafatlarının qalibi olub. O, karyerası ərzində "Yelizaveta" (1998), "İstedadlı mister Ripli" (1999), "Aviator" (2004) və başqa filmlərdə rol alıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar