Nostradamusdan 2018-lə bağlı şok proqnozlar: `Bu ölkənin rəhbəri dünyanı bir-birinə vuracaq`
17.01.2018 1892 0.0 0

Öncəgörücünün "Proqnozlar" kitabında 2018-ci il barədə nələr yazılıb...

Nostradamus təxəllüslü, yəhudi əsilli Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrin əksəriyyəti bu gün də doğru çıxmaqda davam edir.

Nostradamusun dünya ağalığına can atan diktatorlar barəsindəki öncəgörmələri də zaman-zaman özünün həqiqiliyini sübut edib.

Milli.az musavat.com-a istinadən öncəgörücünün 2018-ci illə bağlı proqnozlarını təqdim edir:

Həddən artıq cürətkar və ağlına nə gəldi edən prezident...

Nostadamusun hələ 400 il bundan öncə Trampın ABŞ prezidenti olacağını gördüyünü və bunu öz əsərlərində yazdığını bilirdinizmi?

O zaman öncəgörücünün Trampın prezidentlik müddətində nələr edəcəyi haqda fikirlərinə nəzər salaq:

Nostadamus qeyd edib ki, 2018-ci ildə Amerika olduğu təxmin edilən ölkəyə rəhbərlik edən şəxsin utanma duyğusu olmayacaq. Həddən artıq cürətkar və ağlına nə gəldi edən bu rəhbər şəxs, Amerikanı yeni bir sürəcə aparacaq. Ayrıca, Amerikaya rəhbərlik edəçək olan bu şəxsin, yəni Trampın qiyaməti gətirəcək insan olduğu da onun iddiaları arasındadır.

Nostadamusun Tramp və Amerika haqqındakı proqnozlarının nə qədərinin gerçək, nə qədərinin isə yalan olduğunu bizə zaman göstərəcək. Lakin onun əvvəlki proqnozlarının əksəriyyətinin doğru çıxması bizləri düşünməyə sövq edir.

3-cü dünya savaşı...

Nostradamus öz əsərində 2018-ci ilin 3-cü dünya savaşının başlaması baxımından kritik bir il olacağını iddia edib. Onun proqnozlarına görə, 3-cü dünya savaşı ilk olaraq Fransada başlayacaq və oradan da dünyanın dörd bir tərəfinə yayılacaq.

Fransada, Parisdə ötən illərdə həyata keçirilən terror hücumları bu proqnozların gerçək olma ehtimalını bir az da artırır.

Bundan başqa, Nostradamus kitabında Roma şəhərinin yerləbir olacağını və dünyanın şeytanın uşağı olduğu düşünülən, İsanın yolunda gedənlərə düşmən olan Dəccalın idarəsi altına keçəcəyini də qeyd edib.

Bütün dünyada hökm sürən xaos və savaş mühiti 2025-ci ilə qədər davam edəcək. 2025-ci ildə az da olsa, barış əldə ediləcək.

"Dünyanın hər yerinə hakim olan bu çətin durumdan çox az adam sağ çıxacaq"- deyə vurğulayan Nostradamusun bu sözlərinə diqqət yetirsək, 3-cü dünya savaşında nüvə silahından istifadə ediləcəyi qənaətinə gəlmək olar.

Zəlzələlər, yanğınlar, sellər...

Nostradamusa görə, 2018-ci ilin sonlarında dünyanı zəlzələ, yanğın və sel kimi fəlakətlər gözləyir. Sözügedən ildə planetimizin demək olar ki, hər bir nöqtəsində şiddətli zəlzələlər olacaq və bunun nəticəsində xeyli insan öləcək.

Öncəgörücü bundan başqa qeyd edib ki, 2018-ci ildə qlobal istiləşmə artacaq və ozon qatı daha da genişlənməkdə davam edəcək. Bu da yanğın və sellərin artmasına gətirib çıxaracaq. Okeanların dibində gerçəkləşən partlayışlar səbəbilə böyük sunamilərin olacağı da kitabda qeyd edilib.

Yanardağ partlayışı...

Partlayışlardan və təbii fəlakətlərdən bəhs etmişkən, Nostradamusun 2018-ci illə bağlı söylədiyi ən böyük təbii fəlakətə də nəzər salaq. Miladdan sonra 79-cü ildə partlayaraq İtaliyanın Pompey şəhərini yerləbir edən Vezüv yanardağının aktivləşəcəyi və yenidən partlayacağı da Nostradamusun 2018-ci il barədə verdiyi proqnozların arasındadır.

Kitabda yazılana görə, bu partlamalar nəticəsində 6000 insan həyatını itirəcək, əraziyə yaxın şəhərlər yerləbir olacaq.

Qlobal iqtisadi böhran...

Nostaradamusun "Proqnozlar" kitabında yer alan "zənginlər ölüb-ölüb, diriləcək" cümləsi günümüzün araşdırmaçıları tərəfindən 3-cü dünya müharibəsindən sonra qlobal iqtisadi böhranın başlayacağına işarə kimi yozulur. Nəticəyə baxarsaq, öncəgörücünün iddiasına görə, bu iqtisadi böhran 2018-ci ildən başlayacaq. Buna ən böyük səbəbi verən insanın isə ABŞ prezidenti Trampın olacağı iddia edilir. Böhranın ABŞ-ın Rusiya və Çinlə münasibətlərinin pozulmasından sonra başlayacağı bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar