Niyaməddin Musayev formada qalma sirrini açıqladı
25.12.2021 600 0.0 0

Xalq artisti Niyaməddin Musayev formada qalma sirrini bölüşüb.

Axşam.az-a xəbər verir ki, 81 yaşlı müğənni "Zaurla Günaydın" proqramında gündə iki dəfə yemək yediyini deyib:

"Səhər 11-də yuxudan oyanıram, dərmanlarımı içirəm. 12-nin yarısı isə səhər yeməyi yeyirəm. Səhərlər süddə bişirilən düyü və yumurta qəbul edirəm. Bir də axşam saat 6-da yeyirəm. Bütün günü evdə 30-40 dəqiqə gəzirəm. Hərdən qaraja düşüb, orda da 1 saat gəzirəm. Açıq havaya çıxmıram, soyuqlamaqdan qorxuram".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar