Nikolas Maduro: Azərbaycana səfərdə məqsəd neftin qiymətinin tənzimlənməsi üçün fikir mübadiləsi aparmaqdır
22.10.2016 504 0.0 0

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Spiker Venesuela prezidentinin ilk rəsmi səfərinin münasibətlərin inkişafına təkan verəcəyinə inamını ifadə edib. O qeyd edib ki, Venesuela Milli Assambleyasına rəhbərlik etmiş bir şəxsin bu gün Milli Məclisdə görüş keçirməsi parlamentlərarası münasibətlərə də öz təsirini göstərəcək: “Azərbaycan Venesuela ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir".
 
Venesuela prezidenti bildirib ki, ölkəsi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır: “Neft ölkəsi kimi tanınan Venesuela  OPEK-ə daxil olan və təşkilatdan kənar neft hasilatı ilə məşğul olan ölkələrlə əlaqələrin inkişafını, təcrübə və informasiya mübadiləsini önəmli hesab edir. Səfərdən məqsəd də qlobal iqtisadi böhranın dünya iqtisadiyyatına təsirləri fonunda neftin qiymətinin tənzimlənməsi üçün bu ölkələrin rəhbərləri ilə fikir mübadiləsi aparmaqdır”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar