Nigeriyada terror aktı olub, 50 nəfər ölüb
17.01.2022 264 0.0 0

Nigeriyada silahlıların hücumu nəticəsində 2-si hərbçi olmaqla 50 nəfər ölüb.

“TRT Haber”ə istinadən xəbər verİLir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, onlarla silahlı motosikletçinin Nigeriyanın Kebbi əyalətinə hücumu nəticəsində 50 nəfər ölüb. Məlumata görə, onlarla insan yaralanıb, çoxlu sayda ev yandırılaraq kül olub və xeyli sayda iribuynuzlu mal-qara tələf olub.

Ölkədə motosikletçilərin hücumuna görə bu nəqliyyat vasitəsindən istifadə qadağan olunub.

Bildirilib ki, bu il yanvarın 4-5-də silahlıların Zamfara əyalətinə hücumu nəticəsində 200-dən çox insan ölüb.

Məlumata görə, Nigeriya Prezidenti Məhəmməd Buxari müxtəlif terror qruplaşmaları və silahlı dəstələrə qarşı tədbirlər görməyə çalışsa da uğurlu nəticəyə nail olmayıb. Belə ki, terror qruplaşmaların və qanunsuz silahlıların mülki, dinc əhaliyə qarşı hücumları, qaçırılan insanların, o cümlədən məktəblilərin girov pulu qarşılığında azad olunması davam edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar