Niderlandlı futbolçu yenidən həbs edilə bilər
18.11.2021 454 0.0 0

Rusiyanın "Spartak" klubunun futbolçusu Kvinsi Promes adam öldürməyə cəhddə və bıçaqlanmada ittiham olunub.

Bildirək ki, "Telegraaf" nəşri 29 yaşlı oyunçuya qarşı müvafiq ittihamlar irəli sürüldüyünü yazıb.

Ötən il iyulun sonunda ailəvi şənlik zamanı niderlandlı oyunçunun əmisi oğlu mübahisədən sonra bıçaqlanıb və nəticədə dizindən xəsarət alıb. Hüquq-mühafizə orqanları dekabrda Promesin həbsinə səbəb olan istintaqa başlayıb.

Onun 4 il müddətinə həbs edilə biləcəyi vurğulanıb. Futbolçu mühakimə olunsa, Moskva təmsilçisi müqaviləyə xitam verəcək və Niderlandın "Ayaks" klubuna ödənişləri dayandıracaq.

Qeyd edək ki, razılaşmaya əsasən, "Spartak" fevralda Amsterdam təmsilçisindən aldığı oyunçu üçün ödənişləri altı aydan bir edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar