Neyroşəbəkə DNT-nin deşifrə edilməsi üzrə rekorda imza atıb
23.02.2022 349 0.0 0


ABŞ-ın Stenford Tibb Məktəbinin alimləri insan genomunun deşifrə edilməsi üzrə yeni dünya rekordu müəyyənləşdiriblər.

Amerikalı alimlər genom ardıcıllığını beş saat iki dəqiqəyə başa çatdıra biliblər. Nailiyyət “DNT ardıcıllığı - biopolimerlərin amin turşusu və ya nukleotid ardıcıllığının müəyyənləşdirilməsi” kateqoriyasında “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Tədqiqatçılar işlərində yeni metodlardan və xüsusi hazırlanmış neyron şəbəkəsindən istifadə ediblər.

Tədqiqat zamanı alimlər qrupu yerli klinikaların reanimasiya şöbələrində diaqnoz qoyulmamış xəstələrdə sürətləndirilmiş genom ardıcıllığı üsulunu sınaqdan keçirib. Təcrübə çərçivəsində 12 xəstənin genomları tədqiq edilib.

Alimlər hesab edirlər ki, sürətləndirilmiş ardıcıllıq xəstələrə daha tez diaqnoz qoyulmasına və müalicəyə başlamağa imkan verəcək.

Qeyd edək ki, əvvəlki rekord genom ardıcıllığı prosesini 14 saat ərzində tamamlayan Redi Uşaq İnstitutuna məxsus idi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar