Nemtsovun qətlində Ukrayna izi
18.03.2015 685 0.0 0

Rusiyalı müxalifətçi Boris Nemtsovun qətli ətrafındakı qalmaqal bitmək bilmir. Qətllə bağlı versiyalardan birinə görə, Adam Osmayev Ukrayna Ali Radasının sədrinin birinci müavini Andrey Parubiydən sifariş aldıqdan sonra killer tutub. 

Daha öncə qətlin əsas sifarişçisi kimi Cövhər Dudayev adına batalyonun komandiri Adam Osmaevin (yeri gəlmişkən məhz o 2012-ci ildə Vladimir Putinə qarşı sui cəhddə ittiham edilirdi) adı çəkilirdi. 

İndi "Komsomolskaya Pravda"ya qətllə bağlı yeni detallar bəlli olub. Nəşrin Federal Təhlükəsizlik Xidmətindəki (FTB) mənbəsinin məlumatına görə, B.Nemtsova ilə bağlı istintaqı ən təcrübəli tədqiqatçılar aparır. 

- Nə üçün hadisə zamanı körpüdə qartəmizləyən maşın dayanmışdı? 
- Cinayətlə heç bir əlaqəsi yoxdur. Sürücü sadəcə olaraq dayandı. Yəni necə deyərlər lazım olmayan zamanda lazım olmayan yerdə olub. 

- Hadisə zamanı Nemtsovun yanında olan rəfiqəsi Anna Duritskayanın da əlaqəsi yoxdur? 
- Onun rolu haqqında məsələ açıqdır. Duritskaya ifadə verib ki, heç nə görməyib. Hələlik burada dayanmışıq. Sadəcə indi daha önəmli istintaq tədbirləri var. 

İstintaqın yeni məlumatları var. Ehtimal ki, A.Osmaev başqa adamdan sifariş alıb. Belə ehtimal var ki, əmri o Ukrayna Ali Radasının sədrinin birinci müavini, Maydanın keçmiş komandanı Andrey Parubiyadan ala bilərdi. İp ucları ona gedir. Sübutlar toplanır. Telefon danışıqları yoxlanılır. 

- Əgər Parubiya hakimiyyətə can atırdısa ona Poroşenkonu uzaqlaşdırmaq daha rahat idi, nəinki Nemtsovu...
- Hələlik Poroşenko ona lazımdır. Əgər hakimiyyətə gəlsə bütün keçmiş qarışıqlıqları onun adına yazılacaq. Guya o ölkəni böhrana sürükləyib. Parubiy hakimiyyəti ələ keçirmək istəyir. Onun rəhbərliyi altında Ukraynada cinayətkar dəstələr və nasistlər var. 

Mənbənin məlumatına görə, bu cür işlərin istintaqı yarım ilə kimi davam edə bilər. 

Andrey Parubiy kimdir? O, 1971-ci ildə Lvovda anadan olub. 2007-2012-ci illərdə "Bizim Ukrayna - Xalq özünümüdafiəsi" blokundan deputat seçilib. 

Onun təşəbbüsü ilə Ukraynada Rusiya kanalları bağlanılıb. Ötən ilin martında isə Rusiya vətəndaşlarına viza verilməsi tələbi ilə çıxış edib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar