Neftin taleyi necə olacaq?
18.07.2015 644 0.0 0

Rusiya Energetika Nazirilyi İrana qarşı sanksiyaların götürülməsindən sonra neftin kəskin ucuzlaşacağına inanmır. 

Məlumata görə, Rusiya energetika naziri Aleksandr Novak bildirib ki, neft bazarı İranın hasilatının artmasının risklərini çoxdan analiz edib və bu, öz təsirini çoxdan göstərib. Onun sözlərinə görə, indən belə bazara yalnız şist nefti təsir göstərə bilər. 

Halbuki, son iki gündə dünya bazarında neftin qiymətinin azalmasını bununla izah edənlər çoxdur. Azərbaycan nefti “Azeri LT CIF”in 1,52% ucuzlaşaraq barrelinin qiymətinin 58,88 dollara düşməsi də bununla izah edilir.

“Fitch” reytinq agentliyi də İran neftinin bazara belə tez təsir edəcəyini proqnozlaşdırmır. Agentliyin fikrincə, Tehran öz neft hasilatını yalnız 2016-cı ildən artırmağa başlayacaq və bu, bir neçə il çəkəcək. 

İranın tankerlərdə 40 milyon barel nefti var və “Fitch” düşünür ki, ölkə maksimum gəlir əldə etmək üçün onları yavaş-yavaş satacaq. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar