Neftin qiyməti kəskin bahalaşdı
13.05.2015 727 0.0 0

Neftin dünya bazarlarında qiyməti yenidən qalxıb.

Məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində kəskin bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.40 dollar (0.66%) artalaraq 61.15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.30 dollar (0.45%) bahalaşaraq 67.16 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar