Neftin qiyməti bahalaşdı
09.11.2015 648 0.0 0

Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. Məlumata görə, birjalarda olan satışlar üzrə hesabat bunu göstərir. Bu hesabatlara görə “Brent” markalı neftin qiyməti 0.91% artaraq 0.43 USD bahalaşıb. Bu bahalaşma ilə "Brent" markalı neftin qiyməti 47.85 dollara çatıb.

 

Bu cür bahalaşma “Texas” markalı neftdə də qeydə alınıb. Son məlumatlara görə, "Texas" markalı neft 0.88%, yəni 0.39 usd artaraq 44.68 dollara çatıb. 

 

Birjalarda qızılın qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti bahalaşaraq 1 qram üçün 35.13 dollara çatıb. Gümüşdə də qismi bahalaşma qeydə alınıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 47 sent müəyyənləşib. 

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 
1 ABŞ dolları – 1.0498 AZN
1 Euro – 1.1424 AZN 
1 rus rublu – 0.0166 AZN
1 Türkiyə lirəsi – 0.3667 AZN ./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar