Neftin qiyməti artdı
29.08.2015 670 0.0 0

London birjasında "Brent" markalı neftin qiyməti bu səhər 50 dolları keçib. 

Məlumata görə, bu gün Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti təxminən 5 faiz bahalaşaraq 50,05 dollar olub.


"Brent"dən fərqli olaraq Texas neftinin qiymətində dəyişiklik nisbətən azdır. Belə ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti ötən günlə müqayisədə 2,26 dollar bahalaşaraq 45.22 dollara çatıb. 


Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin bir barrelinin qiyməti 3,64 dollar bahalaşaraq 50,54 ollar olub. Bu, 7,76% bahalaşma deməkdir. Dünən Azərbaycan neftinin bir barrelinin qiyməti 46,90 dollar olub.

Beynəlxalq Energetika Agentliyi gündəlik istehlakın daha 1,4 milyon barrel artacağı bir dövrdə OPEK və onun de-fakto lideri Səudiyyə Ərəbistanının öz bazarını genişləndirmək imkanı qazanacağını bildirir. Neftin qiymətinin kəskin düşməsi nəticəsində rəqiblərin zərərə düşməsi də onların bazarı genişləndirməsinə kömək edəcək. OPEK-in proqnozlarına görə, 2015-ci ildə günlük neft istehlakı 92,6 milyon barrel təşkil edəcək. 

Ekspertlər həmçinin xam neft bazarının zəiflədiyini deyil, əksinə hətta gücləndiyini vurğulayırlar: "2009-cu ildən etibarən ilk dəfə neftin qiymətinin 45 dollardan aşağı düşməsinə baxmayaraq, son həftələr ərzində xam neft bazarı sabitləşib. Çünki dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çin öz ehtiyatlarını doldurmaq üçün bu il daha artıq neft alacaq."/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar