«Neftin qiyməti 100 dollar ola bilər»
10.06.2016 607 0.0 0

"10 ildən sonra neftin qiyməti 100 dollar ola bilər". Məlumata görə, bunu "Qazprom neft"in baş direktoru Aleksandr Dyukov deyib.

Qurum rəhbəri hesab edir ki, əgər kartel mövqeyi dəyişməzsə, o zaman neftin qiyməti illərlə 50-60 dollar səviyyəsində qalacaq. "Bundan başqa, əgər OPEC  öz mövqeyini yumşaltsa və neft hasilatının səviyyəsinin artırmasını dayandırsa, o zaman neftin qiyməti, hətta on ildən sonra 90-100 dollara kimi qalxa bilər", - Aleksandr Dyukov bildirib.

 

"Qazprom neft"in baş direktoru Aleksandr Dyukov

İyunun 7-də neftin qiymətində cüzi bahalaşma müşahidə olunur. Belə ki, "Brent" markalı neftin qiyməti 51 dolları ötüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti 0,9% bahalaşaraq 51.05 dollara çatıb. 

Məlumata görə, neftin qiyməti son dəfə ötən il oktyabrın 12-də də bu qiymətdə olub. 

Bu ilin əvəllərində isə qiymət 30 dollardan da aşağı idi. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar