Nefti bahalaşır
03.03.2017 748 0.0 0

Dünya birjalarında neft bahalaşıb.


Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,08% artaraq 52,65 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,03% artaraq 55,11 dollar olub.

 

Dolların indeksinin kəskin möhkəmlənməsi nəticəsində ucuzlaşan neft fiksasiya prosesindən faydalanaraq bahalaşma nümayiş etdirib. İnvestorlar dolların indeksinin ard-arda maksimumları yeniləməsindən sonra gəlirlərini fiksasiya etməyə başlayıb ki, bunun nəticəsində ABŞ valyutası cüzi geriləyib. Dollarda ticarət olunan neftin bahalaşmasına da məhz bu səbəb olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar