Neft bahalaşır
29.03.2017 736 0.0 0

Dünya birjalarında neft bahalaşıb.


Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,39% artaraq 48,56 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar və ya 0,29% artaraq 51,48 dollar olub.

 

Nefti bahalaşdıran əsas amil Liviyada 2 iri yataqda neft hasilatının azalması olub. Təkcə bu yataqlardan gündəlik 250 min barel neft hasil olunurdu. Ümumiyyətlə, bu vaxta qədər Liviyada gündəlik hasilat 700 min barel təşkil edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar