Neft bahalaşır
22.11.2016 771 0.0 0

Dünya birjalarında neft bahalaşıb.
 
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar artaraq 48,77 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar artaraq 49,44 dollar olub. Bununla da Brent neftinin qiyməti ayın əvvəlindən bəri ilk dəfə olaraq 49 dolları ötüb.
 
Neftin 4%-lik bahalaşmasına İran və İraqın OPEC-in hasilatı dondurmaqla bağlı təklifi ilə razılaşmağa hazır olduqlarını bəyan etməsi səbəb olub./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar