Neft bahalaşdı
12.01.2022 123 0.0 0

"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:51 üçun (Bakı vaxtı) 1,64 faiz bahalaşaraq 85,09 dollar/barel təşkil edib.

Məlumata görə, saat 21:14 üçün (Bakı vaxtı) "Brent"in qiyməti 85,03 dollar/barel, "WTI" qiyməti isə 2,11 faiz bahalaşaraq 82,93 dollar/barel səviyyəsində alınıb-satılıb.

"Brent" markalı neftin qiyməti sonuncu dəfə 2021-ci il noyabrın 10-da bir barel üçün 85 dollardan yüksək olub./Trend/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar