Nazirlikdən vəzifəli əməkdaşlarına qarşı sərt addım
07.12.2015 622 0.0 0

Azərbaycan Xalça Muzeyinin fəaliyyəti araşdırılmışdır

Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Xalça Muzeyində qanun pozuntuları barədə məlumat Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılmışdır.

Araşdırmaların nəticəsi olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilmişdir.

Həmçinin, Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar