Nazirlik: İcbari təhsildən yayınan uşaqlar var
06.10.2016 618 0.0 0

“Azərbaycanda icbari təhsildən yayınan uşaqlar var. Lakin son illərdə icbari ümumi orta təhsildən yayınma halları əhəmiyyətli dərəcədə azalıb”. Məlumata görə, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev deyib.

 

O icbari təhsildən yayınma hallarının səbəblərini açıqlayıb: “Müəyyən uşaqlar Azərbaycanda 1-ci sinfə gedir, daha sonra təhsilini başqa ölkədə davam etdirir. Bir qisim uşaq sağlamlığını itirdiyi üçün təhsildən yayınır. Burada miqrasiya məsələləri də var”.

 

E. Əmrullayev qeyd edib ki, 1,3 - 2 faiz uşaq məktəbə getmir: “Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, 9-cu sinfi 900 şagird bitirib. Burada 10 faiz şagird icbari təhsildən yayınıb demək düz deyil”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar