Nazirlik gecikdirilmiş sosial xarakterli pulları geri qaytarıb
16.04.2015 683 0.0 0

ƏƏSMN 103 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Qazeta.info bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının da azalmasına səbəb olub. 
   Cari ilin yanvar-mart aylarında DƏMX-in həyata keçirdiyi dövlət nəzarəti və  vətəndaş müraciətlərinin araşdırılması zamanı ümumilikdə 103481 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7% azdır. Həmin məbləğin 75841 manatı (73,2%) əmək haqlarından, 5440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22200 manatı (21,4%) isə sosial müavinət və kompensasiyalardan ibarət olub. 
   Qeyd olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar