Nazirlik bir çox xəstəlikdən əziyyət çəkən yataq xəstəsini əlil hesab etmir- VİDEO
13.10.2019 518 0.0 0

Bir çox ağır xəstəlikdən əziyyət çəkən yataq xəstəsi dövlət orqanı tərəfindən əlil kimi tanınmır.

Qazeta.info xəbər verir ki, bir çox ağır xəstəlikdən əziyyət çəkən, Bakı şəhəri Nizami rayonu, P. Fərzəliyev 26 ünvanında yaşayan, 1963 cü il təvəllüdlü Rzayeva Gözəl Əbülfəz qızı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, həkim rəyinə əsasən əlilliyinin müəyyən edilməsini tələb edib. Lakin adı çəkilən qurumdan, ona rədd cavabı verilib.

Bildirək ki, ağır şəratitdə yaşayan, qida və dərman ehtiyyaclarını ödəyə bilməyən, G. Rzayevanın hazırkı durumu haqda, Qazeta.info-nun vatsapp nömrəsinə, ona maddi dəstək göstərməyə gedən xeyirsevər insanlar tərəfindən məlumat verib.

Göndərilən həkim rəylərindən də görünür ki, G. Rzayeva İnsult (sol tərəfin iflici), ürək çatışmamazlığı, şəkərli diabed, böyrək çatışmamazlığı kimi xəstəliklərdən əziyyət çəkir, səkəli diabed nəticəsində, ayağında dərin yaralar əmələ gəlib və yataq xəstəsidir. 

Belə olan halda, ƏƏSMN müvafiq komissiyasının vətəndaşın əlil kimi qəbul olunmaq müraciətinə rədd cavab verməsi, heç bir halda anlamaq olmur.

Qazeta.info bildirir ki, qarşı tərəfin də mövqeyini yaymağa hazırıq.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar