Nazirlik `Azərsu` ASC-ni məhkəməyə verir
02.08.2019 517 0.0 0

Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Qazeta.info ETSN-in məlumatına əsasən bildirir ki, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib  olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar