Nazir: Neftin qiymətinin 80 dollar/barelədək artması çox az ehtimaldır
09.09.2019 588 0.0 0

Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi neftin qiymətinin bir barel üçün 80 dollara qalxmasının olduqca az ehtimal olunduğunu, buna görə də neft istehsalçılarının daha rasional şəkildə hazırkı şəraitdə, təxminən, 60 dollar/barel qiyməti ilə yaşamalı olduğunu düşünür.

Bildirək ki, bu barədə Ər-Rumhi TASS-a bildirib.

"Bütün istehsalçılar üçün neftin bir barelinin 60 dollar əvəzinə 80 dollarolması sərfəlidir, amma bu, rasionaldırmı? Çox güman, indiki şəraitdə yox. Mövcud iqtisadi mühitdə hərəkət etməliyik. Neftin qiymətinin 60 dollar/bareldən 80-ə yüksəlməsinə sevinərəm, amma bu, olduqca az ehtimaldır", - o deyib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar