Nazir: «Neft qiyməti Allahın əlindədir»
05.05.2015 624 0.0 0

Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naimi neftin qiymətindən danışıb. 

Məlumata görə, ərəb nazir neft qiymətlərinin taleyi haqqında maraqlı açıqlama verib. O bildirib ki, heç kimi neft qiymətlərini təyin edə bilməz:

"Neft qiymətlərinin taleyi Allahın əlindədir. Sanksiyaların ləğvindən sonra İranın bazara daxil olması bizi narahat etmir. İranın bazara daxil olması qiymətləri daha da aşağı salacaq", - deyə neft və minerallar naziri Əli Əl Naimi söyləyib.

Səudiyyə Ərəbistanı Krallığının rəsmisi İranın neft istehsalını artırmaq istəyinin onu narahat etmədiyini bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar