Nazir müavini terror aktında günahlandırılır
05.09.2015 568 0.0 0

Dünən saat 4:28-də Tacikistanın Vəhdət şəhərində Daxili İşlər İdarəsinin binasına və ölkənin Müdafiə Nazirliyinin mərkəzi aparatına hücum olub.

Məlumata görə, hücumu bir qrup silahlı şəxs törədib. Silahlı qarşıdurma nəticəsində hər iki tərəfdən ümumilikdə 33 nəfərədək adamın öldüyü bildirilib. Həlak olanlardan 4-nün xüsusi təyinatlı milis dəstəsinin üzvü, 4-nün isə Vəhdət milis bölməsinin üzvü olduğu bildirilib.

Hadisə ilə əlaqədar respublika ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib. Silahlı hücumda iştirak edənlərdən 5 nəfər həbs edilib və onlardan xeyli sayda silah-sursat, partlayıcı maddə götürülüb.

 

Həbs edilənlərdən götürülən silah-sursat

 

Yerli ekspertlər də baş verən cinayət hadisəsinə münasibət bildiriblər. Onların fikrincə, atışma Emomali Rahmon rejiminin süqutunun başlanğıcı ola bilər.

Ölkənin Daxili İşlər Nazirliyi araşdırma apararaq hücumu müxalif siyasətçilərdən birinin təşkil etdiyini bildirib. Qurumun saytında təşkilatçı olaraq Abdulhəlim Nəzərzadənin adı çəkilir. O, Tacikistanda fəaliyyəti qadağan edilmiş İslam İntibahı Partiyasının üzvü olub. 2014-cü ilin yanvar ayından isə ölkənin müdafiə nazirinin müavini təyin edilib.

Tacikistanın Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, Nəzərzadə vəzifəsindən sui-istifadə edərək milis işçilərini aldadıb. O, terror aktında fəal iştirak edib, ona əvvəldən sonadək rəhbərlik edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar