Nazir müavini: `Almaniya şirkətləri bugünədək Azərbaycana 460 milyon dollar yatırıb`
11.10.2017 599 0.0 0

"2017-ci ilin 8 ayı ərzində Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dolları ötüb". Məlumata görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev AzərbaycanAlmaniya biznes forumunda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, bu göstərici ölkələrimiz arasında mövcud olan potensialı tam əks etdirmir. "Bu günə qədər Almaniya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa yatırılan investisiyaların həcmi 460 milyon dollardır. Lakin bu da potensialı tam əks etdirmir. Bu göstəricinin artırılmasına ehtiyac var və mən inanıram ki, bunu artırmağa nail olacağıq. Azərbaycan şirkətləri isə Almaniyaya bu günədək 120 milyon dollar yatırıb. Biz Almaniya iqtisadiyyatına əlavə investisiya yatırmaqda maraqlıyıqvə istiqamətdə işlər görülür", - deyə nazir müavini vurğulayıb.

 

S. Babayev bildirib ki, hazırda Azərbaycanda 200 alman şirkəti fəaiyyət göstərir. "Biz Almaniyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının artırılmasına çalışırıq. Biz Almaniyaya investisiya yatırmaq üçün araşdırmalar aparırıq", - deyə o qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar