Nazir: Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyilr
18.10.2017 807 0.0 0

"Bəyanat birgə bəyanatdır. Bəyanatın bütün mətnini prezidentlər diqtə edib. Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil".

 

Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, danışıqlar substantiv olmalıdır: "Həmsədrlərin danışıqları ilin sonuna kimi necə aparmaq barədə konkret təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Əsas məqsəd müzakirələri konkret aparmaqdır. Görüşün yeri və tarixi isə hələlik məlum deyil"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar