Tarix: 06.12.2016,   Saat: 12:09, Çərşənbə axşamı.          

Nazir: Azərbaycan və Qazaxıstan yeni neft kəmərinin inşasını planlaşdırır

Azərbaycan və Qazaxıstan uzunluğu 739 km olan neft kəmərinin inşası planlaşdırılır. Məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir bilidirb ki, Qazaxıstanın cənub ərazilərində və Xəzərin bu ölkəyə aidsektorunda aparılan geoloji-kəşfiyyat işləri nəticəsində aşkarlanan, ehtiyatları isə 6-9 milyard barel həcmində qiymətləndirilən “Tengiz” yatağının işlənməsi üzrə operator-Amerikanın “Chevron Texaco” şirkəti 2008-ci ildən etibarən bu yatağın neftinin BTC vasitəsilə Aralıq dənizinin bazarlarına çatdırılmasına nail olunub: "Beləliklə, BTC həm “Kaşa- qan”, həm də “Tengiz” yatağının timsalında hələ uzun müddət Qazaxıstan üçün öz əhəmiyyətini qoruyub saxlayacaqdır. Hər iki yatağın ehtiyatlarını əlavə etsək, Qaza- xıstanın sübut olunmuş neft ehtiyatları təxminən 5,5 milyard ton, qaz ehtiyatları isə 3 trilyon kubmetr həcmində qiymətləndirilir. İldə təxminən 33,6 milyard kubmetr qaz, 80 milyon ton neft istehsal edən və bu qədər karbohidrogen ehtiyatlarına malik Qazaxıstanın ixracla bağlı BTC istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmillli marşrut qarantiyası yoxdur. Tengiz- Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəməri və Xəzər Kəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdıran ixrac potensi- alını qarşılamaq üçün kifayət deyildir. Bu marşrutların buraxıcılıq qabiliyyətini və çat- dırılacaq təchizat həcmlərini nəzərə alaraq, rəsmi Astana əsas diqqətini Qazaxıstan-Xəzər nəq- letmə sistemi üzərində cəmləmişdir. Bu nəqliyyat sisteminə əsasən, uzunluğu 739 km olan Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kirik neft kəmərinin texniki-iqtisadi əsaslandırılması “Tengiz” yatağında qabaqcıl neftvu ran stansiyanın, Tengiz-Opornıy-Uzel-Aktau magistral neft kəmərinin, Kirik neft terminalının və yeni limanın tikintisini, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur".

N.Əliyev vurğulayıb ki, bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər: "Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 milyon ton, gələcəkdə isə 56 milyon tona çatdırılması nəzərdə tutulub"./trend/



  Bölmə: Gündəm | Baxış sayı: 320 | Tarix: 06.10.2016, 11:16


Xəbərlər