Nazarbayevin qızı atasının səhhəti haqqında açıqlama verib
13.10.2016 700 0.0 0

Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

 

RİA "Novosti" agentliyinə istinadən verilən məlumata görə, bu barədə prezidentin qızı Dariqa Nazarbayeva bildirib.

 

"Vəziyyəti xeyli yaxşılaşıb", - deyə D. Nazarbayeva qeyd edib.

 

Qazaxıstan prezidentinin mətbuat xidməti N. Nazarbayevin soyuqdəymə ilə əlaqədar müalicə olunduğunu bildirib. Bu səbəbdən onun bütün beynəlxalq səfərləri həftə sonuna kimi təxirə salınıb.

 

N. Nazarbayevin oktyabrın 12-də Azərbaycana, oktyabrın 14-də isə Ermənistana səfəri nəzərdə tutulurdu./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar