NATO-nun baş katibi ABŞ və Rusiya ordu komandanlarının Bakı görüşünü alqışlayıb
16.02.2017 1160 0.0 0

“ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri - Cozef Danford və Valeri Gerasimovun Bakı görüşü vacibdir”.
 
“Azadlıq” radiosuna istinadən verilən məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
 
Y. Stoltenberq NATO üzrə müttəfiqlərin ikitərəfli əsasda Rusiya ilə dialoqu və ünsiyyət kanallarını inkişaf etdirmək cəhdlərini alqışlayıb. O qeyd edib ki, NATO-Rusiya Şurasının son iki iclasında V. Gerasimov və NATO Hərbi Komitəsi sədri Petr Pavel arasında birbaşa təmas olmayıb. Həmin görüşlərdə NATO və Rusiya arasında hərbi şəffaflıq, risklərin azaldılması və digər məsələlər müzakirə edilib. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar