NASA-ya Ay və Marsı mənimsəmək üçün əlavə 1,6 mlrd. dollar ayrılacaq
14.05.2019 460 0.0 0

ABŞ prezidenti Donald Tramp Ay və Marsın mənimsənilməsi üzrə proqramın reallaşdırılması üçün NASA-nın büdcəsinə əlavə 1,6 milyard dollar ayıracaq.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, Tramp bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Mənim administrasiyam zamanı biz NASA-nın böyüklüyünü bərpa edirik və biz özümüz Aya qayıdırıq, ardınca isə Marsa yollanacağıq. Mən fəzaya daha geniş şəkildə qayıtmağımızdan ötrü əlavə 1,6 milyard dolların daxil edilməsi üçün [NASA-nın] büdcəsini yeniləyirəm", - deyə o yazıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar