Tarix: 09.12.2016,   Saat: 03:54, Cümə.          

Nardaran sakinindən silah-sursat götürülüb

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan şəxsin evindən silah-sursat aşkarlanıb.


Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır./Report/



  Bölmə: Gündəm | Baxış sayı: 432 | Tarix: 22.11.2016, 11:56


Xəbərlər