«Nardaran işi» üzrə təqsirləndirilən sonuncu şəxslərin istintaqı yekunlaşıb
26.07.2017 633 0.0 0

“Nardaran işi” üzrə təqsirləndirilən iki şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Vəkil Fariz Namazlının verdiyi məlumata görə, həbs olunan və hazırda istintaqı aparılan Elxan İsgəndərov cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Onunla birlikdə hazırda səhhətinə görə polisin nəzarəti altına verilən Əbülfəz Bünyatovun da işi məhkəməyə göndəriləcək. 

 

 

Vəkil cinayət işinin materialları ilə tanış olduğunu, yaxın günlərdə işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini deyib. Bildirib ki, bununla da “Nardaran işi” adlı cinayət işinin istintaqı tamamilə yekunlaşacaq. 

Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib. 

 

Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar