Namizədlər imza toplamaya başlamazdan öncə bunu etməlidirlər- Qaydalar
15.12.2019 900 0.0 0

09 fevral-da Azərbaycan Mİlli Məclisinə növbədənkənar seçkiləri keçiriləcək. Artıq bir sıra şəxslər qeyd edilən seçkidə öz təşəbbüsləri ilə iştirak edəcəklərini bəyan ediblər.

Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara görə, deputat olmaq istəyən şəxs bir neçə mərhələdən keçməlidir.

Onlardan biri, öz təşəbbüsü ilə seçkidə iştirak edən namizədin,  xüsüsi hesabının açılması və imzatoplama qaydasıdır. Qazeta.info qeyd edilən qaydaları oxuculara təqdim edir:

 

1. Xüsusi seçki hesabı namizədin irəli sürülməsi barədə DSK-ya bildiriş təqdim edildikdən sonra 5 gün müddətində, lakin namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır.

2. Xüsusi seçki hesabı yalnız Azərbaycan Respublikasının Beynəlxalq Bankında və ya onun filiallarında açılmalıdır.

3. Xüsusi seçki hesabının açılması üçün aşağıdakı sənədlər müvafiq şəxslər tərəfindən banka təqdim edilməlidir:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- xüsusi seçki hesabının açılması üçün müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd;
- namizədliyin irəli sürülməsi barədə bildirişin DSK tərəfindən təsdiq edilmiş surəti;
- notariat qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi (xüsusi seçki hesabı üzrə əməliyyat aparan şəxsin).

4. Yuxarıda göstərilən sənədlər təqdim edildikdə müvafiq bank namizədə dərhal, lakin 3 gündən artıq olmayan müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.

5. Xüsusi seçki hesabının vəsaitlərinə sərəncam vermək hüququ namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir.

6. Hər namizəd yalnız bir xüsusi seçki hesabı aça bilər.

 

İmzatoplama nə zamandan başlayır?

☑️İmzatoplama müvafiq seçki komissiyası tərəfindən namizədliyin irəli sürülməsini təsdiq edən qərarın qəbul olunduğu gündən başlanır. Lakin imzaların yığılmasına xüsusi seçki hesabının açılmasından 24 saat sonra başlanılmalıdır.

➡️Nə qədər imza toplanmalıdır?

Hər bir namizədin müdafiəsi üçün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsi üzrə seçicilərin azı 450 imzası toplanmalıdır.
Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

➡️Kimlər imza toplaya bilər:
18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşlar;
Namizəd və ya onun səlahiyyətli nümayəndələri;
Siyasi partiyalarnın səlahiyyətli nümayəndələri;

➡️Kimlərin imza toplamada iştirakına icazə verilmir:
Dövlət orqanlarının;
Bələdiyyə qurumlarının;
Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin;

➡️İmzalar harada toplana bilər:
Tədris müəssisələrində;
Yaşayış yerlərində;
Qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə;

➡️İmza toplamada əlavə vacib hallar:
Namizədin müdafiəsi üçün imza toplamaq könüllüdür. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər, habelə bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb ola bilər.
Aktiv seçki hüququ olan və səsvermə günü 18 yaşı tamam olmuş hər bir vətəndaşın namizədin müdafiəsi üçün imza vərəqəsinə imza atmaq hüququna malikdir.
İmza vərəqəsində seçiciyə aid məlumatları imza toplayan şəxs seçicinin razılığı ilə onun əvəzinə doldura bilər (imza istisna olmaqla). İmza hüququ yalnız seçiciyə məxsusdur. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
İmza vərəqəsində seçiciyə aid bütün məlumatlar müvafiq qrafalarda mütləq qeyd edilməlidir.
İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanmalıdır. Namizəd siyasi partiya tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və siyasi partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.

 

Mənbə /Demokratik Təşəbbüslər İnstitutu /


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar