Nalbandyan Hamburqda Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib
01.12.2016 690 0.0 0

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Hamburqda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib.
Bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir.
"Görüş olacağını istisna etmirəm, amma hələlik bu barədə razılaşma yoxdur" - E.Nalbandyan "Azadlıq" radiostansiyasının efirində bildirib.
Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın 8-9-da Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüş planlaşdırdıqlarını açıqlayıblar. 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda görüşməyə hazır olduqlarını, lakin Ermənistan tərəfinin hələ cavab vermədiyini vurğulayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar