Nəsrallahdan İsrailə nüvə təhdidi
17.02.2016 554 0.0 0

Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrallah İsraili hədələyib. Məlumata görə, Nəsrallah İsrailin Hayfa şəhərinə qarşı həyata keçirəcəkləri hücumun nüvə partlayışının ekviventi dəyərində ola biləcəyini vurğulayıb. “Şəhid liderlər günü” münasibəti ilə keçirilən tədbirdə tərəfdarlarına səslənən Nəsrallah Yaxın Şərqdə baş verən hadisələrdən danışıb.  


İsrailin bölgədə baş verənləri sünni-şiə insidenti kimi əks etdirməyə çalışdığını deyən Nəsrallah, “İsrailin ədəbiyyatı ilə başda körfəz ölkələri və Səudiyyə Ərəbistanı olmaqla ərəb mətbuatının ədəbiyyatı eynidir. İsrail Suriyada baş verənləri sünni-şiə savaşı kimi göstərməyə çalışarkən özünü də sünni dünyasının dostu kimi qələmə verməyə çalışır.” – deyib.     

İsrailin daha əvvəl özünü xristian, dürzi və hətta şiə dünyasının yanında göstərməyə çalışdığını deyən Həsən Nəsrallah bu ölkənin ilk dəfə özünü sünni dünyasının himayədarı və dostu kimi əks etdirdiyini bildirib.

İsraillə baş verəcək müharibə ehtimalından danışan “Hizbullah” lideri İsraildə bir çox hədəfi asanlıqla vura biləcək raketlərə sahib olduqlarını deyib. 

“Sizin Beyrutun cənub məhəllələrini vurmağınız çox vaxt apara bilər. Amma biz bir neçə raket zərbəsi ilə sizin qaz depolarınızı vurar və on minlərlə sakini öldürə bilərik. Həyata keçirəcəyimiz bu hücumlar nüvə partlayışının ekvivalenti olar.” – deyə Nəsrallah bildirib.   
 
Birbaşa efirdə böyük monitor vasitəsilə tərəfdarlarına müraciət edən Həsən Nəsrallah ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı əleyhinə də fikirlər səsləndirib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar